...

Azərenerji SC-nin mütəxəssisləri SCADA-nın iş prinsipi ilə tanış olub

Energetika Materials 24 Noyabr 2005 15:37 (UTC +04:00)

Azərenerji SC-nin mütəxəssislərindən ibarət qrup General Electric-in dəvətilə həmin şirkətin dispetçer işinin təşkili təcrübəsinin öyrənilməsi və SCADA-nın iş prinsipi ilə müfəssəl tanış olmaq üçün ABŞ-da olub.

Trend bildirir ki, bu barədə Azərenerji-nin yaydığı məlumatda deyilir. Nümayəndə heyətinin tərkibinə daxil olan Sumqayıt elektrik stansiyasının baş mühəndisi Elçin Məmmədovun sözlərinə görə, Azərbaycan mütəxəssisləri SCADA sistemi üçün XA-21 tipli avadanlığın istehsal olunduğu müəssisədə olub.Bu, General Electric-in avtomatlaşdırma (Mayamidə mənzil qərargahı ilə) üzrə struktur bölməsi müvafiq proqram təminatları, telemetrik avadanlıq, kommunikasiya qurğuları, enrji menecmentliyi sistemi istehsal edir.

İyulun sonunda AR sənaye və energetika nazirliyində General Electric nazirlik və Azərenerji-nin mütəxəssisləri üçün SCADA dispetçer idarəetmə sisteminin təqdimatını keçirib. Azərbaycan hökuməti Dünya bankı ilə Azərenerji dispetçer idarəetmə sisteminin təkmilləşdirilməsi və $48 mln. həcmində SCADA sisteminin tətbiqi layihəsinə dair saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti