...

Azəriqaz QSC İmişli-Saatlı qaz kəmərinin çəkilməsini 33 km məsafədə başa çatdırır

Energetika Materials 24 Noyabr 2005 19:54 (UTC +04:00)

Azəriqaz QSC İmişli rayonunun qazla təmin edilməsi çərçivəsində bir hissəsi Araz çayından keçən İmişli-Saatlı qaz kəmərinin çəkilməsini 33 km məsafədə başa çatdırır. Bu barədə Trend ə Azəriqaz QSC-də bildirilib. Qaz kəmərinin testləşdirilməsi üzrə işlərin noyabrın sonunadək başa çatdırılması planlaşdırılır, bundan sonra İmişliyə qaz tədarükü başlayacaq.

Azəriqaz 2008-ci ilədək Azərbaycanın daha üç (Beyləqan, Lerik, Yardımlı) rayonunun qazla təmin edilməsini həyata keçirməkyi planlaşdırır. 2006-2007-ci illərin payız-qış mövsümünə Beyləqan və Ağcabədi, 2008-ci ilə Lerik və Yardımlı qazla təmin ediləcək. 4 rayonun qazla təmin edilməsi üçün 82,5 mlrd. manat sərmayə qoymaq lazımdır.Xüsusilə Beyləqan rayonunun təmin edilməsi üçün 24 mlrd. manat, Ağcabədi - 16,5 mlrd. manat, İmişli - 10,5 mlrd. mant, Yardımlı - 10,5 mlrd. manat, Lerik üçün 21 mlrd. manat tələb olunur.

Bu işlər Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində nəxərdə tutulub. Hazırda Azərbaycanda Bakı ilə yanaşı 49 rayon təbii qazla təmin edilib.

24.11.05 tarixdə AMB-nin məlumatına əsasən, dolların manata rəsmi məzənnəsi 4594 manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti