...

ARDHŞ-in ən iri dəniz yatağında 6 quyu istismara verilib

Energetika Materials 2 Dekabr 2005 17:37 (UTC +04:00)

ARDHŞ Azneft İB-nin balansında olan "Bayıl limanı" dəniz qazma və kəşfiyyat işləri İdarəsi 2005-ci ilin 11 ayı ərzində 22 min metr qazma işi aparıb və planı 103,7% yerinə yetirib. Bu barədə Trend ə ARDHŞ-də bildirilib.İdarə

həmçinin 28 may adına HQÇİ-nin sifarişilə quyu qazma işləri üzrə planı yerinə yetirib. Bu dövrdə "Günəşli" yatağında nəzərdə tutulan 5 quyuya qarşı 6 quyu istismara verilib. HQÇƏ-nin quyu Fondu 2005-ci il noyabrın 1-də 2004-cü ildə olan 209-a qarşı 211 quyu təşkil edib. 2005-ci ilin 10 ayı ərzində HQÇƏ 4580271 ton neft və 1959078 min m3 qaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,7% az və 6,4% çoxdur. "Günəşli" yatağının azsulu hissəsinin işlənib-hazırlanması 1980-ci ildən aparılır. Bu yataq Abşeron yarımadasının cənub-şərqində yerləşir, Azərbaycan neft hasilatının 65%-ni və ölkənin dəniz hasilatının 83%-ni təmin edir. Sahənin qalan ehtiyatları 94-130 mln. ton neft olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti