...

Azərbaycan Dövlət Neft Şirkəti Supsadan 1 milyon barel neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 10 Dekabr 2005 12:32 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Supsa limanından gəlirli Azeri Light sortundan olan neft partiyasının satışı üzrə tenderi bağlı elan edib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Select Energy treyderi olub. "1 mln barel (135 min ton) həcmində neftin yüklənməsi yanvarın 3-4-də Supsadan nəzərdə tutulub", - deyə ARDNŞ-dən bildirilib.

Bu il Select Energy artıq tender vasitəsilə ARDNŞ-dən gəlirli neft partiyasını əldə edib. Select Energy ilə yanaşı, Supsadan Azərbaycanın yüngül nefti cari ildə Glencore, Arcadia, Unipetrol, Total, R-Trading və Tupras şirkətləri alıb.

Yanvar-noyabr aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti üzrə tərəfdaşlar Bakı-Supsa boru kəmərəi vasitəsilə 6,329 mln ton Azeri Light nefti ixrac ediblər.

Xəbər lenti

Xəbər lenti