...

Ukraynanın milli teleşirkəti Azərbaycan peyki vasitəsilə yayıma başlayıb

Telekommunikasiya Materials 3 Sentyabr 2014 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Ukrayna milli televiziya şirkətinin - "Birinci Ukraine" peyk kanalının Azərbaycanın "Azerspace-1" peyki vasitəsilə yayımına başlanılıb. Bunu çərşənbə günü Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

"Birinci Ukraine" peyk kanalının tamaşaçıları Ukraynadakı son hadisələrdən xəbərdar ola bilərlər. Tamaşaçılar kanalın beynəlxalq versiyasının proqram cədvəlində Ukraynanın ictimai-siyasi və mədəni hadisələrinin bütün yayımını, arxivlər və telelayihələrin yeni buraxılışlarını və yerli istehsallı proqramları izləyə bilərlər.

"Azərkosmos" ASC və "Ukrkosmos" arasında müvafiq tərəfdaşlıq sazişi 2014-cü ilin martında imzalanmışdı. Əldə edilmiş razılığa əsasən, "Azerspace-1" peyki vasitəsilə Ukraynanın bir sıra telekanalları ("Ümumdünya Ukrayna televiziya və radio yayım xidməti" Dövlət Televiziya Şirkəti, "Mədəniyyət" Dövlət Televiziya və Radio şirkəti, Kiyev Dövlət Regional Televiziya və Radio şirkəti və ÇP INFO) yayımlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti