...

AZTELEKOM İSTEHSALAT BİRLİYİ TENDER ELAN EDİB

Telekommunikasiya Materials 13 Avqust 2005 13:47 (UTC +04:00)

Aztelekom İstehsalat Birliyi regionlarda rabitənin elektronlaşdırılması üzrə növbəti açıq tender elan edib. İB-dən Trend ə verilən məlumata görə, tenderin mövzusu Ağcabədi rayonunda rabitənin elektronlaşdırılmasıdır.

İB-də qeyd ediblər ki, bu işlərə həmçinin, rayondakı mərkəzi avtomatlaşdırılmış telefon stansiyasının (ATS) və rayondakı kəndlərində rabitənin tatamilə yenidənqurulması da daxildir. Bu işdə maraqlı şirkətlər öz təkliflərinin sentyabrın 22-nə qədər təklif etməlidirlər. Tender paketinin açılması Ağcabədi Telekommunikasiya Qovşağında (TKQ) keçiriləcək. Bütün işlərin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Bundan başqa, İB bu günlərdə Sabirabad və Masallı üzrə də 2 analoji tender elan edib. Hazırda Aztelekom Naftalan və Goranboy telekommunikasiya qovşaqlarının tam elektronlaşdırılması üzrə işlər aparır ki, bununda cari ilin oktyabrında başa çatdırılacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti