...

Regionlarda inzibati poçt binalarının tikintisi 2006-cı ildə başa çatdırılacaq

Telekommunikasiya Materials 19 Dekabr 2005 20:37 (UTC +04:00)

Regionlarda inzibati poçt binalarının tikintisi 2006-cı ilin birinci rübündə başa çatdırılacaq. Azərpoct dövlət müəssisəsində Trend ə bildirilib ki, bu işlərin icraçısı hazırda Mingəçevir, Ağstafa və Xızı kimi regionlarda müvafiq tədbirlər həyata keçirir.

DM-də həm də bildirilib ki, 2 mərtəbəli binaların birinci mərtəbəsində əməliyat salonu, ikinci mərtəbədə isə inzibati şöbələr yerləşəcək.

"İlkin olaraq işlərin bu ilin sonunadək başa çatdırılması planlaşdırılırdı, amma bəzi obyektiv səbəblərdən, xüsusilə qeyri-sabit hava şəraiti ilə bağlı olaraq tədbirlər gecikdirilir" -deyə DM-də bildirilib.

Adıçəkilən tədbirlər 2004-2008-ci illərdə Azərbaycanın regionlarında sosial-iqtisadi inkişaf Dövlət proqramı çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti