...

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin gəlirləri 114.886 mln manat təşkil edir

Telekommunikasiya Materials 10 Fevral 2006 16:00 (UTC +04:00)

2005-ci ildə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRIB) tariflər üzrə gəlirləri 111.500 mln. manat proqnozlara qarşı 114.886 mln. manat olub. Proqnoz 103% yerinə yetirilib. Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, bu göstərici 2004-cü illə müqayisədə 8,6% və ya 9.301 mln. manat çox olub.

Bu dövrdə əhaliyə göstərilən rabitə xidmətləri proqnozlaşdırılan 61500 mln. manat əvəzinə 62273 mln. manat olub ki, bu da 2004-zcü ilin göstəriciləri ilə müqayisədə 2513 mln. manat çoxdur.

Yeni tətbiq olunan CDMA texnologiyaları da daxil olmaqla 46595 telefon çəkilib və yeni xəttlərdən 16.740,2 mln. manat gəlir əldə olunub. Bu zaman telefon çəkilişlərinin artımı 2004-cü illə müqayisədə 10117 ədəd olub.

BTRIB-in göstərdiyi internet xidmətlərinin həcminə gəldikdə Nazirlikdən bildirilib ki, bu göstərici 4954,5 mln. manat təşkil edir. İnternet xidmətlərinin ümumi həcmi 46,8% artıb.

Xəbər lenti

Xəbər lenti