...

Azərbaycanda şərab məhsulu istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2011 11:59 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi şərab məhsulu istehsalçısı - "Cəlilabad Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycanda şərab məhsulu istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi şərab məhsulu istehsalçısı - "Cəlilabad Şərab" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə dövlət komitəsinin şənbə günü yaydığı məlumatda deyilir.

Satışa ASC-nin səhmlərinin 99,97 faizi çıxarılıb. Bunun 85 faizi standert paketli səhmlər, 14,97 faizi isə əmək kollektivi üzvlərinə güzəştli satışdan qalan səhmlərdir. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İddiaçılar yeni üzüm sahələrinin salınması, üzümün ilkin emalının müasir səviyyədə təşkili, bütün texnoloji sahə məhsullarının keyfiyyətinə nəzarəti beynəlxalq səviyyədə həyata keçirmək məqsədilə müasir laboratoriya avadanlığının tətbiqi, məhsul çeşidinin artırılması, iş yerlərinin bərpası və işçilərin sosial təminatına dair təkliflərdən ibarət investisiya proqramını təqdim etməlidirlər.

İddiaçılar investisiya təklifinin 5 faizi dəyərində bank zəmanətini, dövlət büdcəsinə 500 min manatın ödənilməsi haqqında təklifləri təqdim etməlidirlər.

Üzümün ilkin emalı və şərab istehsalında ixtisaslaşan "Cəlilabad Şərab" ASC Cəlilabad rayonunda yerləşir.

Müəssisənin nizamnamə kapitalı aprelin 1-nə olan məlumata görə, 3,063 milyon manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyəri 4 manat olan 765 701 səhm buraxılıb. Müsabiqənin predmeti ümumi nominal dəyəri 3,062 milyon manat olan 765 477 səhm təşkil edir.

2011-ci il aprelin 1-nə olan məlumata görə, müəssisənin 472 973 manat, o cümlədən əməkhaqqı üzrə 30 249 manat, mal, iş və xidmətlərə görə 300,91 min manat borcu var. Debitor borcları 28 710 manatdır. Müəssisə 1981-1983-cü illərdə istismara verilib.

İddiaçılar müsabiqənin şərti, özəlləşdirmə planı və əlavə məlumatı 18 may saat 10:00-dan 17:30-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20 ünvanında əldə edə bilərlər. Sənədlər və təkliflər 18 may saat 10:00-dan 17:30-dək qəbul edilir.

Təkliflərə müsabiqə komissiyası tərəfindən dövlət komitəsinin binasında 20 may saat 15:00-da baxılacaq.

Aprelin 16-na olan rəsmi məzənnə 0,7917 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti