Azərbaycan, Bakı, 17 aprel /Trend/
"Neft Daşları" yatağında 418a nömrəli estakadayanı meydançadan 2610 nömrəli quyu qazmadan sonra istismara verilib.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu 1065-1050 metr intervaldan qaz-lift üsulu ilə sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.