...

"Günəşli" yatağında yeni quyu qazılacaq

Energetika Materials 20 Avqust 2014 17:29 (UTC +04:00)
“Günəşli” yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinin aparılması üçün hazırlıq görülür.
"Günəşli" yatağında yeni quyu qazılacaq

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"Günəşli" yatağındakı 14-cü özüldən 353 nömrəli quyuda qazma işlərinin aparılması üçün hazırlıq görülür.

Trend ARDNŞ-nin rəsmi saytına itsinadən məlumat verir ki, layihə dərinliyi 3100 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Fasilə Lay Dəstəsinə qazılacaq.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 80 ton neft və 15 min kubmetr qazın hasil edilməsi nəzərdə tutulur.

Quyuda istismar işləri "28 May" NQÇİ tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti