...

Asiya İnkişaf Bankı "Şahdəniz-2" layihəsinin reallaşdırılması çərçivəsində kredit ayırmağa hazırdır

Energetika Materials 27 Avqust 2014 11:03 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinici mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz" şirkətinə kredit ayrılması məsələsinə dair iclası 2016-cı il noyabrın 13-də keçiriləcək.
Asiya İnkişaf Bankı "Şahdəniz-2" layihəsinin reallaşdırılması çərçivəsində kredit ayırmağa hazırdır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir Emil İsmayılov/

Asiya İnkişaf Bankının (AİB) Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsinin ikinici mərhələsi çərçivəsində "LUKOIL Overseas Shah Deniz" şirkətinə kredit ayrılması məsələsinə dair iclası 2016-cı il noyabrın 13-də keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AİB-in rəsmi saytında yerləşdirilmiş layihə sənədində deyilir.

Sənəddə qeyd olunur ki, "Şahdəniz-2" layihəsinin əlavə maliyyələşdirilməsi üçün AİB "LUKOIL Overseas Shah Deniz" şirkətinə 450 milyon dollar ayırmağa hazırdır. Həmin layihə çərçivəsində 20-dən artıq quyunun qazılması, iki özülün tikintisi, sualtı infrastrukturun yaradılması, Səngəçal neft terminalının və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi nəzərdə tutulur.

Nəzərdə tutulan vəsaitin ümumi həcmindən 250 milyon dollar LIBOR dərəcəsi üzrə, yerdə qalan 200 milyon dollar isə əlavə maliyyələşdirmə sxemi üzrə təqdim olunacaq.

Xatırladaq ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik olan "Şahdəniz" dəniz qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti