...

Sentyabrın 17-də Azərbaycan neftinin qiymətləri artıb

Energetika Materials 18 Sentyabr 2014 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir Emil İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 99,54 dollar/barel təşkil edib.

1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) cümə axşamı Trend-ə verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətən 0,26 dollar/barel çoxdur.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 17-də 98,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 17-də 95,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti sentyabrın 17-də 97,73 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti