Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Emil İsmayılov/
Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini təmin edəcək Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinə 2015-ci ilin mart-aprel aylarında başlamaq planlaşdırılır.
Bu barədə Trend-ə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yüksək vəzifəli nümayəndəsi deyib.
ARDNŞ nümayəndəsi bildirib ki, ilkin məlumatlara görə, TANAP-ın təməlqoyma mərasimi gələn il martın sonlarında, yaxud apreldə baş tutacaq.