...

Azərbaycana mobil qurğuların idxalı azalıb

Telekommunikasiya Materials 15 Sentyabr 2014 19:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ilin yanvar-iyul aylarında Azərbaycana ümumi dəyəri 2 740,6 min dollar olan 48 327 ədəd mobil telefon və simsiz şəbəkədə çalışan digər qurğular (planşet kompüterlər, radiotelefonlar və s.) idxal olunub. Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2013-cü ilin eyni dövründə qeydə alınan göstərici ilə müqayisədə idxal olunan mobil telefonların sayı 9,4 faiz (ötənilki göstərici 53 341 ədəd olub), pulla ifadədə isə 12 faiz azalıb.

Ölkəyə hər ay orta hesabla 7 min ədədə yaxın mobil telefon idxal edilib. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə təxminən 391 min dollardan artıq təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti