...

80 yaşlı sürücü Qobustanda yol qəzasında ölüb

Hadisə Materials 29 Avqust 2014 17:34 (UTC +04:00)
Qobustanda baş verən avtomobil qəzası ölümlə nəticələnib.
80 yaşlı sürücü Qobustanda yol qəzasında ölüb

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İlkin İzzət/

Qobustanda baş vermiş avtomobil qəzası ölümlə nəticələnib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 69-cu kilometrliyində, Qobustan rayonu ərazisində 1934-cü il təvəllüdlü Əsgərov Tahir Məmməd oğluna məxsus "VAZ" və "Nissan" markalı minik avtomobilləri toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər T.Əsgərovun cəsədini deformasiyaya uğramış avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti