...

Ermənistanda qazdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Hadisə Materials 1 Sentyabr 2014 15:31 (UTC +04:00)
Ermənistanın Qeqarkunik vilayətinin qazdoldurma məntəqəsində partlayış baş verib.
Ermənistanda qazdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Ermənistanın Qeqarkunik vilayətinin qazdoldurma məntəqəsində partlayış baş verib. Trend-in məlumatına görə, bu barədə News.am saytı FHN-in mətbuat xidmətinə istinadən xəbər yayıb.

Partlayış yerli vaxtla saat 10 radələrində Eranos kəndindəki qazdoldurma məntəqəsində baş verib.

Məlum olub ki, "Ayk və Norik" ASC-yə məxsus qazdoldurma məntəqəsində "34 ML 887" dövlət nömrə nişanlı "VAZ-2101" markalı avtomobilin qaz balonu partlayıb. Yaxınlıqdakı "34 SV 887" dövlət nömrə nişanlı "Mazda" markalı avtomobilinə ciddi9 ziyan dəyib.

Partlayış nəticəsində 60 yaşlı S.M. və qazdoldurma məntəqəsinin 55 yaşlı işçisi B.A. xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti