...

Bayram Səfərov: Erməni icması görüşlərdən qaçır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Aprel 2012 13:58 (UTC +04:00)
Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanır.
Bayram Səfərov: Erməni icması görüşlərdən qaçır

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/

Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlanır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

Onun sözlərinə görə, işğalın ildönümü Azərbaycanın Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərində və respublikanın hüdudlarından kənarda qeyd olunacaq.

Şuşanın işğalı günü - mayın 8-də Şəhidlər xiyabanına ziyarət təşkil ediləcək. Həmin gün ərəfəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar sərəncam imzaladığına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü bildirən Səfərov deyib ki, bu, ölkə başçısının şuşalılara münasibətinin göstəricisidir.

Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü barədə danışan Səfərov qeyd edib ki, azərbaycanlı icma həmişə görüşün tərəfdarı olub.

"Amma ermənilər bu görüşdən qaçırlar. Onlar bizimlə nə deyib görüşsünlər? O rejimdə çalışanların hamısı cinayətkar, qatil olduqlarını, əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını bilirlər", - Səfərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti