...

Novruz Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dəstək almayacağı təqdirdə qərbyönümlü mövqeyinə yenidən baxa bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 May 2012 15:40 (UTC +04:00)
Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər.
Novruz Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dəstək almayacağı təqdirdə qərbyönümlü mövqeyinə yenidən baxa bilər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Tarıverdiyeva/

Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və "yeni blok"a daxil ola bilər. Trend-in "Bloomberg Bussinesweek"-ə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Məmmədov deyib ki, rəsmi Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində Avropa və ABŞ-ın Ermənistana təzyiq göstərməsini istəyir.

Onun sözlərinə görə, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb.

"Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik" Məmmədov qeyd edib.

Məmmədovun sözlərinə görə, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. Bununla yanaşı, o qeyd edib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir.

"Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük", - o deyib.

Məmmədov bildirib ki, Azərbaycanın keçmiş sovet respublikalarını birləşdirən Müstəqil Dövlətlər Birliyinin üzvü olduğu bir vaxtda Qərblə yaxınlığı İranla münasibətlərdə müəyyən gərginlik yaradıb.

"İran bizə deyir: Siz neftinizi niyə Qərbə satırsınız? Siz ABŞ və İsraillə münasibətlərinizi pozmalısınız, çünki onlar bizim düşmənimizdir", - Məmmədov vurğulayıb.

O, həmçinin Qərbin bəzi mətbuat orqanlarını "Foreign Policy" jurnalının ötən ay ABŞ kəşfiyyatının adı çəkilməyən casuslarına istinadən Azərbaycanın guya öz aerodomlarını İrana mümkün hərbi aviazərbələrin endirilməsi üçün İsrailə təklif etməsi haqqında məlumat yaymasından sonra Azərbaycan və İran arasında gərginliyı qızışdırmağa cəhd etməkdə təqsirləndirib.

Xəbər lenti

Xəbər lenti