...

Hakim partiya: Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həllində çeviklik göstərə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2012 14:58 (UTC +04:00)
Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həllində çeviklik göstərə bilər.
Hakim partiya: Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həllində çeviklik göstərə bilər

Azərbaycan, Bakı, 8 may / Trend müxbir M.Əliyev/

Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin həllində çeviklik göstərə bilər. Bunu çərşənbə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Sosialist Partiyasının namizədi Fransua Olland Fransada mayın 6-da keçirilən prezident seçkilərində qalib gəlib.

"Ümid edirəm ki, Sarkozinin antitürk əməllərindən, bəyanatlarından və onun nəticə verməməyindən Ollandda aydın fikir yaranacaq", - Qurbanlı deyib.

Eyni zamanda, deputat hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həmsədrlərdən, həmsədr ölkələrdən deyil, həmsədr ölkələrin birgə fəaliyyətindən asılıdır. "Hər üç ölkə eyni səviyyədə Ermənistana təzyiq göstərsə, nəticə əldə etmək olar", - o deyib.

Qurbanlı hesab edir ki, Fransada sosialistlər hakimiyyətə gəldikdən sonra bir müddət əsas diqqəti iqtisadi məsələlərə yönəldəcək, "Olland verdiyi vədləri yerinə yetirməyə çalışacaq və iqtisadi məsələləri həll etmək üçün daha çox enerjini buraya yönəldəcək".

Xəbər lenti

Xəbər lenti