...

Aygün Kazımova ən yaxşı Hamburger bişirənləri seçdi (FOTO)

Mədəniyyət Materials 28 İyul 2011 05:51 (UTC +04:00)
Bakıda amerika Birləşmiş Ştatlarının ən məşhuryeməyi sayılan Hamburgerin 111-ci ad günü qeyd olunub.
Aygün Kazımova ən yaxşı Hamburger bişirənləri seçdi (FOTO)

Azərbaycan, Bakı, 27 iyul / Trend, müxbir T.Hacıyev/

Bakıda amerika Birləşmiş Ştatlarının ən məşhuryeməyi sayılan Hamburgerin 111-ci ad günü qeyd olunub. Trend-in məlumatına görə, bununla bağlı Azərbaycan və ABŞ aşbazları arasında ən dadlı hamburger bişirmək üzrə yarış keçirilib. Yarışmada hər iki ölkədən üç Hamburger ustası öz qəbiliyyətlərini sınayıblar. Yarışın münsiflər heyəti də Azərbaycan və ABŞ-dan olub. Yarışın Hamburger ustalarının əl qabiliyyətlərini Azərbaycanın tanınmış müğənnisi Aygün Kazımova, Dəyirman rep qrupu və tanınmış aparıcı Murad Arif qiymətləndiriblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən yarışın qonaqları da ABŞ-ın dünyaca məşhur yeməyinin dadına baxıblar. Belə ki, qonaqlar arasında qısa vaxt ərzində ən çox hamburger yemək üzrə yarış keçirilib.

Bundan əlavə Uşaq evlərinin sakinləri də qonaq qismində dəvət olunmuşdular. Onlar da ləziz Amerika yeməyindən doyunca dadıblar.

Sonda yarışın qaliblərinə Bakı restoranlarından birində iki nəfərlik şam yeməyi üçün kupon və Aygün Kazımova ilə Dəyirmanın birgə konsertinə bilet hədiyyə edilib.

Xəbər lenti

Xəbər lenti