...

Tünzalə Ağayeva gənc müğənni Sura Əsgərlinin xatirəsinə konsert həsr edəcək (FOTO) (VİDEO)

Mədəniyyət Materials 25 Avqust 2014 17:15 (UTC +04:00)
Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva istedadlı ifaçı və şairə Sura Əsgərlinin xatirəsinə konsert həsr edəcək.
Tünzalə Ağayeva gənc müğənni Sura Əsgərlinin xatirəsinə konsert həsr edəcək (FOTO) (VİDEO)

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva istedadlı ifaçı və şairə Sura Əsgərlinin xatirəsinə konsert həsr edəcək.

T.Ağayeva Trend-ə bildirib: "Mən onun yaxınlarına və doğmalarına böyük zərbə olan addımından özümə gələ bilmirəm. Bu faciə hamını sarsıdıb... Belə gənc və istedadlı qız necə və nə üçün intihar edib? Biz il yarım idi ki, tanış idik və elə ilk gündən Sura özünün qeyri-adi istedadı, unikal vokalı, mənəvi aləmi və dünyagörüşü ilə məni valeh etdi. O, çox ciddi insan idi, öz aləmində yaşayırdı... Eyni zamanda, onun həyatında problemlər yarananda çox həyəcan keçirirdi, depressiyaya düşürdü. O, gözəl şeirlər yazırdı və mən böyük məmnuniyyətlə onlardan birinə musiqi yazdım, sonra isə biz İstanbulda "Qovuş Оna" klipini çəkdik. Klipdə Sura da müğənni kimi iştirak edirdi. Bu, onun ilk təcrübəsi idi və musiqişünaslar və KİV onun bu işini yüksək qiymətləndirdilər. Onun bütün həyatı qarşıda idi... Biz bir neçə layihəni reallaşdırmaq niyyətində idik, çünki belə bir istedad mütləq geniş ictimaiyyətə təqdim edilməli idi. Və xüsusilə qeyd etmək istərdim ki, valideynlər və cəmiyyət gənclərin həyatına, düşüncələrinə və cəhdlərinə daha da diqqətli olsunlar. Qoy bu faciə ciddi xəbərdarlıq olsun! Mən mütləq Suranın xatirəsinə konsert həsr edəcəyəm..."

Xatırladaq ki, 23 yaşlı S.Əsgərli avqustun 24-də intihar edib. O, Buzovna qəsəbəsindəki evində özünü asıb. S.Əsgərli türk dili və ədəbiyyatı müəllimi, "Qafqaz" Universitetinin məzunu idi.

Bu il iyunun 30-da "Qovuş Оna" layihəsi KİV-ə təqdim olunmuş və yerli televiziya kanallarında və sosial şəbəkələrdə uğurla nümayiş olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti