...

Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Mədəniyyət Materials 9 Sentyabr 2014 18:12 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Xorasan vilayətinin valisi Əlirza Rəşidiyanın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.
Azərbaycan və İran arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının Xorasan vilayətinin valisi Əlirza Rəşidiyanın başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir qonaqları salamlayaraq bildirib ki, Azərbaycanı Xorasan vilayəti ilə qədim tellər bağlayır: "Sizin səfərinizlə tarixi qədim olan bu əlaqələr yenilənəcək. Azərbaycan və İran arasında mədəniyyət və turizm əlaqələri daim inkişafda olub. Ümidvaram ki, nümayəndə heyətinizin Bakıda keçirdiyi görüşlər bu sahədə əməkdaşlığa təkan verəcək, yeni imkanlar yaradacaq".

İki ölkənin dost münasibətlərindən söz açan Ə.Qarayev vurğulayıb ki, bizi ümumi tarix, din və ortaq mədəni meyarlar birləşdirir: "Ona görə də bu cür səfərlər və görüşlər sözsüz ki, iki dövlət arasında münasibətlərin genişlənməsinə və inkişafına xidmət edir".

Nümayəndə heyətinin rəhbəri Ə.Rəşidiyan, öz növbəsində, səmimi qəbula görə nazirə təşəkkürünü bildirərək qeyd edib ki, dost və qonşu ölkə olan Azərbaycan və İran arasında müxtəlif sahələrdə əlaqələr mövcuddur, bu əlaqələrin tarixi, mədəni kökləri var. Vali iki ölkə rəhbərinin Davos görüşündən, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana səfərindən sonra qarşılıqlı əlaqələrin daha da genişləndiyini vurğulayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl Bakıda keçirilən Azərbaycan-İran müştərək iqtisadi komissiyasının iclası da bu əlaqələrə yeni təkan verib.

Görüş zamanı iki ölkə arasında mədəniyyət, turizm və mədəni irs sahəsində əməkdaşlıq, yeni aviareyslərin açılması və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti