...

İlham Əliyev Çexiya Prezidenti ilə görüşüb

Siyasət Materials 24 Aprel 2014 23:21 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.
İlham Əliyev Çexiya Prezidenti ilə görüşüb

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Çex Respublikasının Prezidenti Miloş Zeman ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. "Şərq tərəfdaşlığı" Proqramının Praqada keçirilən Sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edildi.

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulandı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti