...

"Huffington Post": Britaniyada Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır

Siyasət Materials 22 Sentyabr 2014 18:20 (UTC +04:00)
Böyük Britaniyada sözün əsl mənasında Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır. Trend-in məlumatına görə, bu barədə "Fatih Matters" konfessiyalararası və antiekstremizm təşkilatının direktoru Fiyaz Muğal nüfuzlu "Huffington Post" qəzetinin saytındakı bloqunda yazır.
"Huffington Post": Britaniyada Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Böyük Britaniyada sözün əsl mənasında Azərbaycanın əhəmiyyətini anlayanların sayı azdır. Trend-in məlumatına görə, bu barədə "Fatih Matters" konfessiyalararası və antiekstremizm təşkilatının direktoru Fiyaz Muğal nüfuzlu "Huffington Post" qəzetinin saytındakı bloqunda yazır.

O, qeyd edir ki, Azərbaycan çoxdankı Dağlıq Qarabağ problemi ilə ərazi bütövlüyünün Ermənistanın tərəfindən pozulmasını hiss etməkdə davam edir: "Hərbi toqquşmalar bu günədək davam edir və hətta son vaxtlar - cari ilin iyul və avqust aylarında kəskinləşib".

Müəllifin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi nəinki çoxsaylı qurbanlara səbəb olub, həmçinin milyona yaxın insanı, etnik azərbaycanlıları qaçqın vəziyyətinə salıb və əlbəttə ki, bir çox azərbaycanlıya dərd verib.

F.Muğal yazır ki, Dağlıq Qarabağ münaqişəsi hər iki tərəfdən digər sahələrdə istifadə oluna biləcək resursları sorub çəkir.

Lakin müəllifin fikrincə, Azərbaycan bir neçə onillik bundan öncə olduğundan xeyli irəli gedib: "Buna təbii ehtiyatlar, yüksək ixtisaslı mütəxəssislər və Bakının heyranedici inkişafı səbəb olub".

Ekspert vurğulayır ki, özünün dini müxtəlifliyi və irsi ilə fəxr edən, Qərblə Şərqin arasında yerləşən ölkənin inkişafı düzgün istiqamətdə gedir: "Bu, Azərbaycanın Qafqazda Birləşmiş Krallıq üçün əsas hərbi və geosiyasi tərəfdaşı ola bilməsinin əsas səbəblərindən biridir. Bir çox şey, məsələn, Böyük Britaniyanın Azərbaycana yatırdığı iri investisiyalar iki ölkə arasında hərbi və mülki əlaqələrin gələcəkdə möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir".

Onun sözlərinə görə, məhz buna görə də Dağlıq Qarabağ problemi həll olunmalıdır və uzun müddət davam edə bilməz: "Hazırda Azərbaycan sabit, dostsevər və dəyərli strateji tərəfdaşdır, lakin bu imkanlar Böyük Britaniya tərəfindən istifadə olunmayıb. Azərbaycana yalnız tələblər prizmasından baxmaq bu ölkənin malik olduğu real imkanlardan özümüzü məhrum etmək deməkdir".

F.Muğal yazır ki, Böyük Britaniyanın BMT-nin qətnamələri əsasında hər hansı saziş formasının yaradılması üzrə təşəbbüsü öz üzərinə götürməsinin vaxtı çatıb: "Münaqişə tərəfləri arasında Kremlə diplomat və səmimi vasitəçi rolunu oynamaq imkanını saxlamaq Rusiyanın regiona təsirinin üstünlüyünü tanımaq anlamına gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti