...

Azərbaycanın Baş prokuroru həbsdə olan NİDA-çıların əfv məsələsinə aydınlıq gətirdi

Siyasət Materials 1 Oktyabr 2014 11:10 (UTC +04:00)
"Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da möhtərəm Prezident tərəfindən qəbul olunmalıdır".
Azərbaycanın Baş prokuroru həbsdə olan NİDA-çıların əfv məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

"Həbsdə olan NİDA-çıların əfvlə bağlı müraciəti cənab Prezidentə ünvanlanıb. Qərar da möhtərəm Prezident tərəfindən qəbul olunmalıdır". Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Baş prokurorun sözlərinə görə, ictimai asayişi kobud şəkildə pozmağa cəlb edilmiş şəxslər başa düşməlidirlər ki, Azərbaycan gənclərini dövlətə qarşı yönəldə bilməzlər: "Gec-tez bizim gənclərimiz də başa düşürlər ki, səhv yolda olublar və sözsüz, bununla bağlı müəyyən qərar qəbul olunacaq".

Qeyd edək ki, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər - Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə ölkə Prezidenti İlham Əliyevə müraciət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti