...

Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçicilər üçün avtobuslar təşkil edilə bilər

Siyasət Materials 21 Oktyabr 2014 17:11 (UTC +04:00)
Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər.
Azərbaycanda bələdiyyə seçkiləri zamanı seçicilər üçün avtobuslar təşkil edilə bilər

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bələdiyyə seçkiləri zamanı seçicilərin seçki məntəqələrinə gəlməsini asanlaşdırmaq üçün avtobuslar təşkil edilə bilər.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında müzakirələr aparılıb.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkiləri dekabr ayına, yəni qış ayına təsadüf etdiyi üçün rayonlarda, kəndlərdə seçicilərin seçki məntəqələrinə gəlib səs verməsi üçün müəyyən problemlər yarana bilər.

M.Pənahovun sözlərinə görə, xüsusən də seçki məntəqələrindən uzaqda yaşayan seçicilər yol şəraitinin pis olması və ya avtomobilin olmaması səbəbindən seçki məntəqələrinə gəlməkdə çətinlik çəkə bilərlər: "Ona görə də dairə seçki komissiyaları və aidiyyəti qurumlar bu məsələdə hazırlıqlı olmalıdır. Seçkilərin və seçicilərin seçki məntəqələrinə gəlib səs verməsinin təşkili dairə seçki komissiyalarının və aidiyyəti qurumların borcudur".

MSK sədri, eyni zamanda, seçki məntəqələrinin yaxınlığında avtobus dayanacaqlarının yaradılmasını məqsədəuyğun sayıb.

O, qeyd edib ki, seçkilər yaxınlaşdıqca bu məsələlər daha da qabardılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti