...

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub (FOTO)

Cəmiyyət Materials 14 İyul 2014 23:54 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə iyulun 14-də Dənizkənarı Milli Parkda “Sən elə bir zirvəsən” adlı bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil ediblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq olub (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə gəlməsinin 45-ci ildönümü münasibətilə iyulun 14-də Dənizkənarı Milli Parkda "Sən elə bir zirvəsən" adlı bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil ediblər.

Trend xəbər verir ki, bir neçə saat davam edən bayram konsertində şəhərimizin minlərlə sakini və paytaxtımızın qonaqları ölkəmizin tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləyib, gözəl rəqslərə tamaşa ediblər.

Milli Parka toplaşanlar məhz ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində son vaxtlar getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti