...

Lerik sakini restoranda kart-qumar oyunları təşkil edirmiş

Cəmiyyət Materials 24 İyul 2014 13:11 (UTC +04:00)
Lerik rayon sakininin “Poker” kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.
Lerik sakini restoranda kart-qumar oyunları təşkil edirmiş

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Lerik rayon sakininin "Poker" kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azadlıq prospektində yerləşən "Arena City" restoranında Lerik rayon sakini Vaqif Şamilovun "Poker" kart-qumar oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 2 ədəd "Poker" oyun kart dəsti, qumar oyunlarına qoyulmuş 245 manat aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti