...

Malena Mard: Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq

Nəzər nöqtəsi Materials 2 May 2017 11:35 (UTC +04:00)
"Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq".
Malena Mard: Aİ və Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

"Düşünürəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard ötən həftə Aİ Xarici Əməliyyatlar Xidmətinin əməkdaşı Lyuk Devinlə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev arasında yeni saziş üzrə intensiv danışıqların aparıldığını söyləyib:

"Düşünürəm ki, tezliklə danışıqların növbəti mərhələsi baş tutacaq. Bizim məqsədimiz birlikdə intensiv şəkildə işləməkdir. Xüsusilə bu ilin noyabrında keçiriləcək "Şərq tərəfdaşlığı" sammiti öncəsi biz böyük səylə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti