...

47 elektrik dirəyini aşırdı

Dünya xəbərləri Materials 2 Avqust 2015 19:33 (UTC +04:00)
Tailandda 22 təkərli nəqliyyat vasitəsinin sürücüsü avtomobilin idarəetməsini itirərək qəza törədib.
47 elektrik dirəyini aşırdı

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Tailandda 22 təkərli nəqliyyat vasitəsinin sürücüsü avtomobilin idarəetməsini itirərək qəza törədib.

Trend-in Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobil elektrik dirəyinə çırpılıb və zəncirvari reaksiya nəticəsində ümumilikdə 47 elektrik dirəyi aşıb.

Samut Prakan şəhərində baş vermiş hadisə zamanı yoldan keçən 37 nəqliyyat vasitəsi də zərər görüb. Bir nəfərin yüngül yaralandığı qəza nəticəsində 10 kilometrlik tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti