Bakı. Elçin Hüseynov - Trend:
Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasına hazırdır. Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının mətbuat katibi İbrahim Kalın bildirib.
O deyib ki, Ankara Su-24 qırıcı təyyarəsinin vurulmasından sonra Rusiya ilə yaranan problemin diplomatik yolla həllini istəyir: "Bizim bu təklifimiz hələ qüvvədədir".
İ.Kalın bildirib ki, Moskva ilə müxtəlif səviyyələrdə müəyyən təmaslar mövcuddur: "Biz bunu görürük və ümid edirik ki, təmaslar daha intensiv xarakter alacaq".
Administrasiya sözcüsü hesab edir ki, iki ölkə arasındakı möhkəm və inkişaf etmiş əlaqələr bir insidentin qurbanı olmamalıdır.