...

Britaniya AŞ-də sədrlikdən imtina edəcək

Dünya xəbərləri Materials 20 İyul 2016 14:12 (UTC +04:00)
Böyük Britaniya Avropa Şurasında 2017-ci ilin iyulunda başlamalı olan sədrliyindən imtina edəcək.
Britaniya AŞ-də sədrlikdən imtina edəcək

Bakı. Trend:

Böyük Britaniya Avropa Şurasında 2017-ci ilin iyulunda başlamalı olan sədrliyindən imtina edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu, Britaniyanın Baş naziri Tereza Mey və Avropa Şurasının sədri Donald Tusk arasında danışıqdan sonra məlum olub.

T.Mey bildirib ki, Britaniyanın prioriteti Avropa İttifaqından çıxmaq üzrə danışıqlar olacaq: "Aİ-dən çıxmaq üzrə danışıqlara dəqiq hazırlaşmaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti