...

Moskvadakı yanğının səbəbi bilindi

Dünya xəbərləri Materials 27 Avqust 2016 13:50 (UTC +04:00)
Moskvada mətbəənin anbarında baş vermiş yanğının səbəbi çırağın nasazlığı olub.
Moskvadakı yanğının səbəbi bilindi

Bakı. Trend:

Moskvada mətbəənin anbarında baş vermiş yanğının səbəbi çırağın nasazlığı olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi İlya Denisov deyib.

Onun sözlərinə görə, çırağın olduğu anbarda xeyli sayda tez alovlanan maye və çap məhsulları olub.

Son məlumata görə, yanğında 17 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti