...

Gürcüstan Aİ ölkələri ilə vizasız rejimə daha bir addım yaxınlaşdı

Dünya xəbərləri Materials 20 Dekabr 2016 20:19 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi Gürcüstanla viza rejiminin ləğvinə dair qaydalara dəyişikliyi təsdiqləyib.
Gürcüstan Aİ ölkələri ilə vizasız rejimə daha bir addım yaxınlaşdı

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsi Gürcüstanla viza rejiminin ləğvinə dair qaydalara dəyişikliyi təsdiqləyib.

Trend "Sputnik-Georgia" agentliyinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidze deyib.

Nazir bildirib ki, bu mürəkkəb və uzun proses tezliklə bitəcək.

Qeyd edək ki, Gürcüstan 2012-ci ildən Aİ ilə viza rejiminin liberallaşdırılması istiqamətində danışıqlara başlayıb.

Qanun layihəsi təsdiqlənsə, Gürcüstan vətəndaşları Şengen zonasına daxil olan ölkələrə 90-180 gün müddətində vizasız səfər edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti