...

Kabildə iki partlayış - 27 ölü, 70 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Yanvar 2017 18:24 (UTC +04:00)
Kabildə baş vermiş partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.
Kabildə iki partlayış - 27 ölü, 70 yaralı (YENİLƏNİB)

Bakı. Trend:

Kabildə baş vermiş partlayışlar nəticəsində ölən və yaralananların sayı artıb.

Trend-in "TOLO News" telekanalına istinadən verdiyi məlumata görə, terror aktları nəticəsində 27 nəfər ölüb, 70 nəfər yaralanıb.

X X X

Əfqanıstanın paytaxtı Kabildə ard-arda iki partlayış törədilib.

Trend-in “Reuters” agentliyinə istinadən məlumatına görə partlayışlar parlament binası yaxınlığında baş verib.

Hadisə nəticəsində 23 nəfər həlak olub, 45 nəfər yaralanıb. Kabil polisi bildirib ki, partlayışlardan biri kamikadze tərəfindən törədilib. Digər partlayış isə avtomobildə olan partlayıcının işə düşməsi ilə baş verib.

Partlayışlarla bağlı “Taliban” məsuliyyəti öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti