...

Əfqanıstandakı partlayışda 5 BƏƏ diplomatı ölüb

Dünya xəbərləri Materials 11 Yanvar 2017 10:44 (UTC +04:00)
Yaralılar arasında BƏƏ-nin Əfqanıstandakı səfəri də var.
Əfqanıstandakı partlayışda 5 BƏƏ diplomatı ölüb

Bakı. Trend:

Ötən gün Əfqanıstanın Qəndəhar vilayətində baş vermiş partlayış nəticəsində həlak olanlar arasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 5 diplomatı da olub.

Bu barədə Trend "Assoşieyted Press" agentliyinə istinadən məlumat verir.

Qeyd edək ki, ötən gün Qəndəhar vilayəti qubernatorunun qonaq evində baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Yaralılar arasında BƏƏ-nin Əfqanıstandakı səfəri də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti