...

Yanğın - 3 min nəfər təxliyə edildi

Dünya xəbərləri Materials 8 Fevral 2017 20:52 (UTC +04:00)
İspaniyanın Valensiya əyalətində sənaye kompleksində güclü partlayış baş verib.
Yanğın - 3 min nəfər təxliyə edildi

Bakı. Trend:

İspaniyanın Valensiya əyalətində sənaye kompleksində güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış baş verdiyi zavodda xlor istehsal olunur.

Hadisə zamanı müəssisənin işçiləri təxliyyə edilib. Bir nəfər xəsarət alıb.

Daha sonra isə partlayış güclü yanğınla müşahidə olunub və qonşu binalara da keçib. Güclü külək və ətrafdakı kimyəvi məhsullar səbəbindən alovun qarşısını almaq çətinləşib. Hadisə nəticəsində 3 min nəfər ərazidən evakuasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti