Bakı. Trend:
Meksikanın Aşağı Kaliforniya ştatının Mexikali şəhərinin yaxınlığında polis helikopteri qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində helikopterdə olan 2 pilot və 2 xilasedici həlak olub.
Polislərin məlumatına görə, qəzanın səbəbi helikopterin elektrik naqillərinə toxunması olub.