...

Rusiyada vulkan püskürüb - son 2 əsrdə ilk dəfə

Dünya xəbərləri Materials 25 Mart 2017 10:03 (UTC +04:00)
Rusiyanın Kamçatka yarımadasında Kambalnıy vulkanı püskürüb.
Rusiyada vulkan püskürüb - son 2 əsrdə ilk dəfə

Bakı. Trend:

Rusiyanın Kamçatka yarımadasında Kambalnıy vulkanı püskürüb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında qeydə alınan vulkan 8 km hündürlüyədək (dəniz səviyyəsindən) kül püskürüb.

Vulkanın sonuncu dəfə 200 il əvvəl püskürdüyü bildirilir.

Rsuiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutu vulkanın sonuncu dəfə 200 il əvvəl püskürdüyünu bildirib.

Təbiət hadisəsinin baş verdiyi ərazinin yaxınlığında yaşayış məntəqəsi yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti