...

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

Dünya xəbərləri Materials 27 Aprel 2017 00:59 (UTC +04:00)
Rusiyanın Kalininqrad vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "İslam cihadı - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvünü saxlayıblar
Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

Bakı. Trend:

Rusiyanın Kalininqrad vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "İslam cihadı - mücahidlər camaatı" terror qruplaşmasının 12 üzvünü saxlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Özbəkistanda ekstremist yönümlü cinayətlərə görə axtarışda olan qruplaşmanın yerli özəyinin başçısı da saxlanılanlar arasındadır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, Kalininqrad vilayətinin sakinlərini, o cümlədən Orta Asiyadan olan insanları terror qruplaşmasına cəlb edirdi.

Yaxın zamanda saxlanılanları gəldikləri ölkəyə göndərmək planlaşdırılır. Orada onları terrorçuluğa görə mühakimə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti