Bakı. Trend:
Berlinin Kroyçberq rayonunda naməlum şəxs polislərə hücum edib.
Trend-in məlumatına görə, hadisə xəstəxananın yaxınlığında baş verib. Polislərdən biri hücum edən şəxsə atəş açıb və onu ayağından yaralayıb. Hazırda həmin şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məlumata görə, hücum edən şəxs polisləri silahla hədələyib.