...

Rusiyanın vilayətində 8 min insan işıqsız qaldı

Dünya xəbərləri Materials 2 May 2017 19:20 (UTC +04:00)
Rusiyanın Kirov vilayətində 8 min insan əlverişsiz hava şəraiti səbəbindən elektriksiz qalıb.
Rusiyanın vilayətində 8 min insan işıqsız qaldı

Bakı. Trend:

Rusiyanın Kirov vilayətində 8 min insan əlverişsiz hava şəraiti səbəbindən elektriksiz qalıb.

Trend-in məlumatına görə, sürəti saniyədə 12 metrə çatan külək leysanla müşayiət olunub. Nəticədə paylayıcı şəbəklərdə kütləvi elektrik enerjisi kəsilmələri baş verib.

Hazırda bərpa işləri üçün əraziyə 10 qəza briqadası və 9 texnika cəlb edilib.

Elektrik enerjisiz qalan istehlakçılar arasında sakinlərlə yanaşı, ictimai0iaşə obyektləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti