...

Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar

Dünya xəbərləri Materials 21 May 2017 01:27 (UTC +04:00)
ABŞ Ər-Riyadda prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə keçirilən mərasim zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar
Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar

Bakı. Trend:

ABŞ Ər-Riyadda prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə keçirilən mərasim zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi deyib.

"Prezident və dövlət katibi Tillerson 110 milyard dollarlıq hərbi satışlar üzrə sənədlərin imzalanması mərasimində iştirak edirlər", - nümayəndə deyib.

Onun sözlərinə görə, bu müqavilələr ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcəklər.

Ağ Evin verdiyi qiymətləndirilməyə əsasən, müqavilələr ABŞ-da minlərlə iş yerinin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərə görə, dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti