...

Meksikanın cənubunda 12 nəfərin cəsədi tapılıb

Dünya xəbərləri Materials 1 İyun 2017 08:05 (UTC +04:00)
Cənubi Meksikanın Qerrero ştatında müxtəlif yerlərdə 12 nəfərin cəsədi tapılıb
Meksikanın cənubunda 12 nəfərin cəsədi tapılıb

Bakı. Trend:

Cənubi Meksikanın Qerrero ştatında müxtəlif yerlərdə 12 nəfərin cəsədi tapılıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Qerrero ştatını son vaxtlar zorakılıq dalğası bürüyüb.

Belə ki, yerli polisin məlumatına görə, 7 nəfərin meyitinin Axuçitlan-del-Proqreso yaxınlığında gizli qəbirdən çıxarılıb.

Daha 2 nəfər Akapulko kurort şəhərində öldürülüb. Onların cəsədləri avtomobildə tapılıb.

Bundan başqa, 2 nəfər Çilpansinqo şəhərində bazarda öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti