...

Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA

Dünya xəbərləri Materials 20 İyun 2017 12:33 (UTC +04:00)
Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüstülənmə səbəbindən havaya qaxdığı Qdansk şəhər aeroportuna geri qayıdıb.
Kopenhagenə uçan təyyarə havada tüstüləndi - QƏZA

Bakı. Trend:

Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsi göyərtədə tüstülənmə səbəbindən havaya qaxdığı Qdansk şəhər aeroportuna geri qayıdıb.

Trend-in məlumatına görə, təyyarə Kopenhagenə reys həyata keçirimiş. Təyyarə havaya qalxdıqdan sonra göyərtədə tüstülənmə baş verib. Təyyarə ekipajı dərhal geri qayıtmaq barədə qərar qəbul edib.

Sərnişinlər aeroportda rezin trapla təxliyyə ediliblər.

Təyyarənin salonunda tüstülənmənin nədən baş verməsi hələ məlum deyil. Hazırda təyyarə mütəxəssislər tərəfindən yoxlanılır.

Xəbər lenti

Xəbər lenti