...

ESTONİYA AZƏRBAYCAN HÖKUMƏTİNDƏN ESTON VƏTƏNDAŞININ SAXLANILMASI İLƏ BAĞLI İZAHAT GÖZLƏYİR

Dünya xəbərləri Materials 17 Sentyabr 2005 13:02 (UTC +04:00)

(BNS) Estoniyanın XİN Azərbaycanın XİN-ə Estoniya vətəndaşı Andrey Popovun saxlanması şəraiti ilə bağlı sorğu ilə müraciət edib. Estoniyanın xarici siyasət idarəsinin mətbuat katibi bildirib ki, rəsmi Bakıya fəaliyyə dairəsi Azərbaycanda da yayılan Estoniyanın Türkiyədəki səfirliyi müraciət edib.

Səfirlik həmçinin, Popovun özü ilə də əlaqə yaradıb. Bu zaman o, hər hansı bir probleminin olduğunu söyləməyib. Popov hər şeyin qaydasında olduğunu və ölkədən çıxarılmadığı üçün Bakıda konfransda iştirak etdiyini təsdiqləyib.

Bundan əvvəl, Bakıdakı hava limanında Ukraynanın "Pora" hərəkatının fəalları Serogey Yevtuşenko və Andrey Popov saxlanılmışdı. Onlar Bakıya müxalifətçi "Müsavat" partiyası tərəfindən sentyabrnı 17-də Azərbaycanda və Belorusda vəziyyət barədə beynəlxalq konfransda iştirak etmək üçün dəvət olunublar.

Onlarla birgə "Pora"nın daha iki fəalı saxlanılsa da, sonda onlara ölkəyə daxil olmağa icazə verilib. Yevtuşenko və Popovun isə pasportları müsadirə edilib.

AFP agentliyinin məlumatına görə, Estoniya vətəndaşı hüquqşünas Popov Azərbayücanda Avropa Birliiyni təmsil edən Böyük Britaniya səfirliyinin işə qarışmasından sonra azad edilib.

Xəbər lenti

Xəbər lenti