...

Kanadada “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib (FOTO)

Mədəniyyət Materials 14 İyul 2014 22:50 (UTC +04:00)
İyulun 13-də Kanadanın Niaqara-on-the-Lake şəhərində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.
Kanadada “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 14 iyul /Trend/

İyulun 13-də Kanadanın Niaqara-on-the-Lake şəhərində "Music Niagara" beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.

Azərbaycanın Kanadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində "Araz Dance" qrupu Azərbaycanın xalq musiqisi və milli rəqsi proqramı ilə çıxış edib. Sözügedən qrup Torontoda yaşayan soydaşlarımız tərəfindən təsis edilib.

Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin müşaviri Elcan Həbibzadə də iştirak edib. E.Həbibzadə tədbir zamanı çıxış edərək, son illər ərzində "Music Niagara" beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın milli rəqs və musiqi proqramlarının təşkilinin artıq ənənəvi hal aldığını bildirib və bunun Kanadada Azərbaycan mədəniyyətinin tanınması, eləcə də iki ölkə arasında mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti