...

"Total" şirkətinin Direktorlar Şurası Marjerinin ölümü ilə əlaqədar təcili iclas keçirəcək

Dünya xəbərləri Materials 21 Oktyabr 2014 11:37 (UTC +04:00)
Dünən gecə Rusiyanın “Vnukovo” aeroportunda həlak olan Kristof de Marjerinin rəhbəri olduğu “Total” neft şirkətinin Direktorlar Şurasının İdarəetmə və Etika Komitəsi təcili iclas keçirməyi planlaşdırır. Trend “İnterfaks”a istinadən xəbər verir.
"Total" şirkətinin Direktorlar Şurası Marjerinin ölümü ilə əlaqədar təcili iclas keçirəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Dünən gecə Rusiyanın "Vnukovo" aeroportunda təyyarə qəzasında həlak olan Kristof de Marjerinin rəhbəri olduğu "Total" neft şirkətinin Direktorlar Şurasının İdarəetmə və Etika Komitəsi təcili iclas keçirməyi planlaşdırır. Bu barədə Trend "İnterfaks"a istinadən xəbər verir.

Bir müddət əvvəl xəbər verilib ki, Fransanın "Total" neft şirkətinin rəhbərinin içərisində olduğu şəxsi təyyarə çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda qartəmizləyən maşınla toqquşub. Nəticədə o həlak olub. Rusiya İK-nin məlumatına görə, maşının sürücüsü sərxoş olub.

Korporasiya de Marjerinni Moskvada həlak olması faktını təsdiqləyən bəyanat yayıb. Uçuşa hazırlaşan təyyarənin göyərtəsində olan dörd nəfər qəzanın qurbanı olub.

63 yaşlı Marjeri bazar ertəsi Rusiyanın Baş naziri Dmitri Medvedevin sədrliyi ilə keçirilmiş İnvestisiyalar üzrə Məsləhət Şurasının iclasında iştirak etmək üçün Moskvaya uçubmuş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti