...

ABŞ "İslam Dövləti"nin Suriya və İraqdakı mövqelərinə yeni zərbələr endirib

Dünya xəbərləri Materials 24 Sentyabr 2014 07:24 (UTC +04:00)
Vaşinqton "İslam Dövləti"nin Suriya və İraqdakı mövqelərinə yeni hava zərbələri endirib.
ABŞ "İslam Dövləti"nin Suriya və İraqdakı mövqelərinə yeni zərbələr endirib

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

Vaşinqton "İslam Dövləti"nin Suriya və İraqdakı mövqelərinə yeni hava zərbələri endirib. Trend RİA Novosti agentliyinə istinadən bu barədə ABŞ Silahlı Qüvvələrinin (CENTCOM) Mərkəzi komandanlığının məlumatında deyilir.

"Ötən gecə havadan iki zərbə Suriyadakı əməliyyatın bir hissəsi kimi həyata keçirilib, nəticədə silahla yüklənmiş bir avtomobil zədələnib, digəri isə Deyr-əz-Zor şəhərinin cənub-qərbində məhv edilib", - Mərkəzi komandalıqdan bildirilib.

"İslam Dövləti"nin mövqelərinə endirilən aviazərbələrinin ümumi sayı 194-ə çatıb, o cümlədən 16-sı Suriyaya endirilib. ABŞ bir sıra ərəb ölkələrinin dəstəyi ilə çərşənbə axşamı Suriya ərazisindəki "İslam Dövləti", "Cebhat ən-Nusra" və "Xorasan" terror qruplaşmalarının mövqelərinə aviazərbələr endiriblər. Mərkəzi komandanlığının məlumatına görə, zərbələr Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-nin iştirakı ilə Qırmızı dəniz və Fars körfəzinin şimalında beynəlxalq sularda yerləşən ABŞ gəmilərindən endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti